First slide
MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

07.06.2022 22:31
6319
Loading...