First slide
Milyarder ərəb şahzadəsinin hər kəsi heyran qoyan həyatı — VİDEO

BƏƏ-nin Baş Naziri və Dubay Əmiri şeyx Məhəmməd ibn Rəşid Al Maktumun oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum maraqlı həyat tərzi ilə diqqət çəkir.

Panoram.az baku.ws-ə istinadən xəbər verir ki, Dubay əmirinin oğlu Hamdan ekstremal idman növlərindən biri olan "skydive"la məşğuldur.

Şahzadə mütəmadi olaraq dostları ilə birgə adrenalin dolu hərəkətləri kameraya çəkərək öz hesabında paylaşır.

Bununla yanaşı, ov etməyə və at çapmağa da marağı olan şeyx tez-tez xarici ölkələrə səfər edir. Getdiyi ölkələrdə ov edən "Fazza" ləqəbli ərəb şeyxi yolunu bir neçə dəfə Azərbaycandan da salıb. 

Qeyd edək ki, "Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. "Forbes”in "dünyanın ən zəngin varisləri" siyasında olan şeyxin varidatı 18 milyard dollar dəyərindədir.


https://www.youtube.com/watch?v=V4nQYTMj2dI&feature=emb_title
       
02.02.2020 20:49
48
Loading...