First slide
Milli Məclisə yeni sədr müavinləri seçildi

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.



Qaynarinfo xəbər verir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.


Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

10.03.2020 14:00
271

Loading...
close
close