First slide
Milli FİFA reytinqində 8 pillə gerilədi

Dünya üzrə milli komandaların yeni reytinq siyahısı məlum olub. 

Qol.az xəbər verir ki, Azərbaycan yığması sıralamada 129-cudur. Aktivində 1126 xal olan millimiz əvvəlki siyahı ilə müqayisədə 8 pillə geriləyib. 

Azərbaycanın Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidir.

Cədvəlin ilk pillələrində dəyişiklik olub - Braziliya (1832 xal) Belçikanı qabaqlayaraq (1828 xal) 1-ci yerə yüksəlib. Fransa isə 1786 xalla 3-cüdür. 

Aktivində 1473 xal olan Türkiyə 43-cü pillədə qərarlaşır. 

31.03.2022 15:46
8973
Loading...