First slide
Mətanət Əsədova: "Beynim çönsə, uçurdaram onu" - Video

Dünən ad gününü qeyd edən müğənni Mətanət Əsədova "Söhbət var" verilişində qonaq olub.

Sənətçi proqramda küsülü olduğu, amma səsini çox bəyəndiyi xanım ifaçısı ilə məclislərin birində qarşılaşmasından danışıb:

"Küsülü olduğum müğənni olub ki, səsindən çox xoşum gəlib. Toya gələndə görmüşəm ki, oxuyur. Dayanıb üzünə baxmışam. Düşünüb ki, görəsən indi acılayaram onu? Özü də bilir ki, "beynim çönsə" edərəm. Acılamaq yox e, "uçurdaram" onu. Baxıram, deyirəm ki, "Allah sənə insaf versin. Nə qəşəng oxuyursan, oxuduğun kimi də bir damcı insanlığın olaydı. Qəlbin də belə olsaydı, nə gözəl olardı". /Axşam.az




16.02.2020 21:02
158
Loading...