First slide
Messi bu gün PSJ ilə müqavilə imzalaya bilər

İspaniyanın "Barselona" klubundan ayrılan argentinalı futbolçu Lionel Messi Fransa PSJ-si ilə müqavilə imzalamaq üçün Parisə uçacaq.

Ötən gün İbiza adasında görüşən tərəflər bütün detallarda razılığa gəliblər.

İddiaya görə, 34 yaşlı hücumçu bu gün Fransanın paytaxtına yollanacaq və tibbi müayinədən sonra rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

10.08.2021 11:12
7293
Loading...