First slide
Messi “Barselona”ya qayıdır?

İspaniyanın “Barselona” klubu hazırda Fransanın PSJ klubunda çıxış edən ulduz futbolçu Lionel Messini Kataloniyaya geri qaytara bilər.

Mənbə iddia edir ki, L.Messi ilə “Barselona”nın prezidenti Xuan Laportanın korlanmış münasibətlərinə baxmayaraq, Xavinin “Barselona”ya baş məşqçi təyin olunması argentinalının sabiq klubuna qayıdışında həlledici rol oynaya bilər.

Qeyd edək ki, L.Messinin PSJ ilə müqaviləsi 2023-cü ildə başa çatır.

Xavi isə Kataloniya klubu ilə 2023/24-cü il mövsümünün sonunadək sözləşmə imzalayıb.


10.11.2021 18:33
4802
Loading...