First slide
“Məşqçim mənə təcavüz edib” – Çempiondan qalmaqallı açıqlama, nazirlik işə qarışdı

Fransanın buz üstə konkisürmə üzrə çempionu Sarah Abitbol qalmaqallı açıqlama verib.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, qadın idmançı özündən bəhs etdiyi kitabında keçmiş məşqçisi Giller Beyer  tərəfindən təcavüzə məruz qaldığını bildirib. Keçmiş idmançı hadisənin 1990-1992-ci illərdə - onun 15-17 yaşlarında olduğu zaman baş verdiyini yazıb. 

“15-17 yaşlarında olduğumda təcavüzə uğramışam. Məşqçim Giller Beyer mənə təcavüz edib”.

2003-cü ildə karyerasını bitirən S. Abitbol həmin dövrdə ona bu barədə danışmamasının vacib olduğunu dedikləri üçün susub. 

Fransanın İdman Nazirliyi məsələni araşdıraraq fevralın 20-də mətbuat konfransı keçirəcəyini bildirib.

Qeyd edək ki, 1978-ci ildə çempion olan Helene Godard da G.Beyerin ona təcavüz etdiyini söyləmişdi.


       
04.02.2020 20:19
37
Loading...