First slide
Məşhur yazıçı vəfat etdi

ABŞ-lı yazıçı Meri Hiqqins Klark 92 yaşında vəfat edib.

Bu barədə yazıçının qızı məlumat verib.

M.H.Klarkla vida yeri və zamanı hələ məlum deyil.

O, triller və detektiv janrında yazdığı əsərləri ilə tanınıb. Bundan başqa uşaqlar üçün də kitab yazıb. Yazıçının 40-dan çox əsəri bestseller olub, bəziləri isə ekranlaşdırılıb. 

Kların qızının sözlərinə görə, anası öldüyü günə qədər yazmağa davam edib. Ötən ilin noyabr ayında növbəti kitabı çap olunub. (apa)

01.02.2020 13:35
38
Loading...