First slide
Məşhur azərbaycanlı idmançı vəfat etdi

Bakıda İnam Bayramov adlı fitnes müəllimi idman zalında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə idmançının əmisi Tərlan Bayramov sosial şəbəkədə yazıb. 27 yaşlı İnam qəfildən yerə yıxılıb.

Təcili Tibbi Yardım çağırılsa da, gec olub.

İ.Bayramovun ürəktutmadan öldüyü ehtimal edilir. Mərhum bu gün Salyanın Kür Qaraqaşlı kəndində dəfn olunacaq.

05.01.2020 10:56
2531
Loading...