First slide
Məşhur aktyor vəfat etdi

Türkiyəli aktyor Hakan Bahadır 74 yaşında vəfat edib.

Panoram.az axşam.az-a istinadən bildirir ki, "Malkoçoğlu Ölüm Fedaileri", "Kızım Sana Emanet" və "Murat ile Nazlı" filmlərində rol alan aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirmiş.

Xəstəxanada müalicə alan Bahadır ötən gün ölüb, bu gün isə torpağa tapşırılıb. Aktyorluqla yanaşı cudo, rəssamlıqla məşğul olan Hakan ağır günlər yaşayıb.

O, həyatının son günlərini çəkdiyi rəsmləri sataraq dolanırmış.


18.01.2020 18:55
523

Loading...
close
close