First slide
Məsciddə namaz qılan şəxslər arasında kütləvi dava - Polis müdaxilə etdi - Video

Türkiyədə daha bir qalmaqallı hadisə baş verib.

"Yeni Sabah" yerli mətbuata istinadən xəbər verir ki, Konya şəhərində məsciddə kütləvi dava olub.

Belə ki, namaz qılan şəxslər anidən davaya qalxıb. Təhlükəsizlik kameraları tərəfindən də qeydə alınan insident zamanı İsmət U. ilə oğlu Yusuf U. Döyülüb.

Tərəfləri məsciddəki digər şəxslər ayırmağa çalışıb və hadisəyə polis də müdaxilə edib. Dava edən şəxslərin arasında düşmənçilik olduğu deyilir.

Sizə həmin görüntüləri təqdim edirik.


04.01.2020 18:06
9262
Loading...