First slide
Mələk serialdan ayrıldı: “Mən aktrisa deyiləm” - FOTO

Aparıcı-aktrisa Mələk Heydərova ARB telekanalında yayımlanan "Baldız" serialından ayrılıb.


Panoram.az bildirir ki bu barədə axşam.az-a açıqlamasında Mələk Heydərova özü məlumat verib.


O bildirib ki, serialın yaradıcı heyəti ilə işbirliyinə son qoyub:


"Bəli, Mələk artıq serialda olmayacaq. Bunu üzülərək deyirəm. Bundan sonra məni serial və filmlərdə görməyəcəksiniz. Bu da mənim şəxsi istəyim və sağlamlığımla bağlıdır. Düşündüm ki, faydalı olmaq üçün bir sahədə çalışmaq lazımdır. Axı mən həmişə demişəm, mən telejurnalist-aparıcıyam, aktrisa deyiləm. Düşündüm ki, bütün gücümü sevdiyim işə həsr edim. Məlum məsələ, bizdə seriallarda böyük pullar yoxdu. Bir sözlə, sevdiyim işlə məşğul olmaq istəyirəm. Bu, məncə, ən düzgünüdür".

25.01.2020 10:14
561
Loading...