First slide
Məktəblilərin növbəti tətili nə vaxt olacaq?

Təhsil müəssisələrində Yeni illə əlaqədar elan olunmuş qeyri - işgünlərinin bitməsinə sayılı günlər qalıb. Əksər ota ümumtəhsil müəssisələrində dərslər yanvarın 7-i başlanır. Altıgünlük iş qrafiki ilə çalışan məktəblərdə isə bu, 6 yanvar tarixinə təsadüf edir.

Hazırda valideyn və şagirdləri ən çox maraqlandıran məqam isə növbəti tətilin nə zaman olacağı ilə bağlıdır.

Panoram.az azedu.az-a istinadən xəbər verir ki, məktəblilərin qış tətili Təhsil naziri Ceyhun Bayramovun imzaladığı ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarınına əsasən tənzimlənir.

Sənədə görə, şagirdlər üçün 27 - 31 yanvar tarixlərini əhatə edən beşgünlük qış tətili nəzərdə tutulub.

05.01.2020 22:29
424

close
close