First slide
Makron həddini aşdı – Fransada İslama qarşı savaş cəbhəsi açıldı

Fransada prezident səviyyəsində İslam dini əleyhinə aparılan kampaniya savaşa çevrilib.

Prezident Emmanuel Makronun İslam dini əleyhinə verdiyi açıqlamalar nazirləri də hərəkətə gətirib.

Artıq Fransadakı hökumət ofislərində əxlaq normalarına uyğun gəlməyən karikaturalar nümayiş olunur. İslam Peyğəmbəri Məhəmmədin təhqir edildiyi karikaturalar hökumət binalarında öz yerini tapıb.

Makronun açıqlamalarından sonra hərəkətə keçən rəsmilər dövlət idarələrində İslam əleyhinə təbliğata başlayıblar.

“Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları Monpelye və Tuluza şəhərlərindəki hökumət binalarında nümayiş olunur. Bu hərəkətləri səlahiyyətlilər “düşüncə azadlığı” ilə izah edirlər./teleqraf.com

24.10.2020 22:18
1293

close
close