First slide
Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi - FOTO/VİDEO

İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı “Kovboy” ləqəbli Donald Sirouni arasında gözlənilən döyüş 40 saniyəyə yekunlaşıb.

Konor Makqreqorun inamlı və ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb. 

07:48

İrlandiyalı boksçu Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı Donald Sirouni döyüşü başlayır.

Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilir.

Konor Makqreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Sirouni – qaydasız döyüşün əsl veteranıdır. Son illər beş döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.

//oxu.az

19.01.2020 19:21
297

Loading...
close
close