First slide
Mahir Emreli: "İnanıram ki, sabah qol tilsimini qıracağam"

"Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm".

Report-un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Bakıda Lüksemburqa qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

24 yaşlı hücumçu bildirib ki, yığmada uzun müddət qol vurmamağı onu narahat edir: "Amma bu, mənim istəyimdən asılı deyil. Bunu hamıdan çox özüm gözləyirəm. İnanıram ki, sabah tilsimi qıracağam".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.

10.11.2021 18:33
3506
Loading...