First slide
Magistraturaya qeydiyyat bu gün başa çatır

İyulun 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi başa çatır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses bu gün saat 23:59-dək davam edəcək.

Bakalavrlar platformada qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

26.07.2021 11:48
7473
Loading...