First slide
Lift yerə çırpıldı: Bir ailənin dörd üzvü həlak oldu

Braziliyanın San-Paulu şəhərində liftin 9-cu mərtəbədən düşməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub.

“Daily Mail”in məlumatına görə, 47 yaşlı bina sakini Ceselin Santos bacısı 43 yaşlı Lyusinia De Souza Qoezi, onun əri Edison Donitezi və 19 yaşlı övladları Erik Miqeli qarşılamaq üçün aşağı enib.

Ailə üzvləri yuxarı qalxarkən lift qopub və bədbəxt hadisə 4 nəfərin həyatına son qoyub.

Bina sakinləri liftlərin tez-tez sıradan çıxdığını, qəza düyməsinin çalışmadığını və bədbəxt hadisə baş verən liftin sonuncu dəfə dekabrın 23-də təmir edildiyini söyləyib.

//oxu.az

02.01.2020 22:01
993

Loading...