First slide
Lavrovdan Qarabağdakı sülhməramlılarla bağlı MÜHÜM AÇIQLAMA

“Qarabağdakı vəziyyəti ətraflı şəkildə müzakirə etmişik. Bizim mövqeyimiz budur ki, Qarabağdakı vəziyyətin sabitləşməsi üçün üçtərəfli bəyanatın şərtləri həyata keçirilsin”. 

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, Rusiya sülhməramlı qüvvələri azərbaycanlı həmkarları ilə daim əlaqədədir. 

“Biz onların fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə humanitar sahədə irəliləyişlər əldə oluna bilər”,-deyə S.Lavrov əlavə edib. 


11.05.2021 23:01
4646
Loading...