First slide
Kürdəmirdə DƏHŞƏT - Sürücü öz avtomobilinin altında qalaraq öldü

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 185-ci kilometrliyində, rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1977-ci il təvəllüdlü Astara rayon sakini Bayramov İlham Nail oğlu "Mercedes" markalı iritutumlu yük avtomobilini yolun kənarında saxlayaraq təkərini təmir etmək istəyib. Bu zaman maşına quraşdırdığı qaldırıcı kran açılıb və sürücü avtomobilin altında qalaraq ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

28.12.2019 08:08
784

Loading...