First slide
Kredit borcu olanların nəzərinə! - Sərəncam imzalandı - İyula qədər...

Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.

Panoram.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.

Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

29.01.2020 19:19
176
Loading...