First slide
Koronavirusu 15 dəqiqədə aşkar edən test hazırlandı

Çinli mütəxəssislər koronavirusu aşkarlaya biləcək yeni bir test hazırlayıb.

Publika.az xəbər verir ki, test 15 dəqiqəyə virusun insanda olub-olmadığını təsbit edə bilir.

Test dəstinin kütləvi istehsalına başlanıldığını deyən mütəxəssislər, testin gündə 4 min nəfərə tətbiq edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, artıq hökumət nümayəndələri tərəfindən də dəstəklənən test Çinin Hubei bölgəsində tətbiq olunmağa başlayıb.


01.02.2020 23:44
60
Loading...