First slide
Koronavirus Moskvaya da çatdı - 24 nəfər xəstəxanaya yerləşdirildi

Moskvada koronavirus xəstələri ilə əlaqədə olan 24 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, daha 83 nəfər isə karantində saxlanılır.

Rusiyanın paytaxtı Moskva şəhərində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, həmin şəxs Rusiya vətəndaşıdır və İtaliyadan ölkəyə qayıdıb.

O, Moskvanın 1 nömrəli şəhər infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.


02.03.2020 21:41
81
Loading...