First slide
Kolumbiyada terror aktı baş verib: Onlarla yaralı var

Kolumbiyanın sərhəd şəhəri Kukutada hərbi bazada bomba yüklü avtomobil partladılıb. Nəticədə 36 nəfər yaralanıb ki, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə “ABS News” xəbər yayıb.

Müdafiə naziri Dieqo Molano partlayışı terror aktı adlandırıb.

ABŞ-ın Boqotadakı səfirliyi partlayış baş verən zaman amerikalı hərbçilərdən ibarət qrupun da hərbi hissədə olduğunu, ancaq onların yaralanmadıqlarını bildirib.

16.06.2021 13:14
6308
Loading...