First slide
Klubu Arda Turandan imtina etdi

Son vaxtlar yetirməsi olduğu “Qalatasaray”a qayıdacağı gündəmdə olan türkiyəli məşhur futbolçu Arda Turan “Başakşəhər”dən ayrılmağa yaxındı. 

"Yeni Sabah" xəbər verir ki, İstanbul klubu mövsümün qalan hissəsi üçün hazırlıq planını və toplanışda iştirak edəcək futbolçuların siyahısını açıqlayıb. Lakin onlar 32 yaşlı yarımmüdafiəçinin adını toplanış üçün siyahıya yazmaqdan imtina ediblər. Bu isə Ardanın “Başakşəhər”dən ayrılacağına dair ehtimalların özünü doğrultmaqda olduğunu göstərir.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda “Başakşəhər”də icarə əsasında oynayır. Onun Super Liqa təmsilçisi ilə mövsümün sonunadək icarə müqaviləsi var. Türkiyə millisinin sabiq üzvünün İspaniya nəhəngi ilə anlaşması da mövsümün sonunda bitəcək.


05.01.2020 21:22
457

Loading...