First slide
Kişi əməliyyatxanaya girib, arvadının doğum həkimini döydü - Həkim əməliyyata davam etdi

Belə ki, xəstəxanaya hamiləlik və qanaxma ilə daxil olan qadın dərhal qeysəriyyə əməliyyatına alınıb. Tibb bacıları qadını əməliyyata hazırlayıblar. Lakin xəstənin həyat yoldaşı bu zaman əməliyyat otağına girmək istəyib.

Medicina.az xəbər verir ki, əməliyyat otağında başqa doğuş əməliyyatları da olduğu üçün həkim ona içəri keçməyə icazə verməyib.

Bunu eşidən kişi əsəbləşərək həkimi vuraraq, burnunu qırıb. Hadisə Türkiyənin Osmaniye Dövlət Xəstəxanasında baş verib.

Həkimin burnu qan içində olsa da, əməliyyata girib və doğuşu həyata keçirib.


20.01.2020 21:57
131
Loading...