First slide
Kənd evində gecə əyləncəsi: 60 qız və oğlan saxlanıldı – Polis basqını

İranın Xoşkbicar şəhərinin kəndlərindən birində gecə əyləncəsinə qatılan 60 qız və oğlan həbs edilib.


Teleqraf.com xəbər verir ki, bu barədə İran hüquq-mühafizə orqanları məlumat yayıb.


Məlumata görə, polis bir qrup qız və oğlanın kənd evlərindən birində əyləncə təşkil etməsi barədə xəbər aldıqdan sonra basqın edərək, əyləncədə iştirak edən 60 nəfəri saxlayıb.


Saxlanılanlar spirtli içki qəbul etməkdə şübhəli bilinir.


Şəriət qanunları ilə idarə olunan İranda spirtli içki qəbul etmək qadağandır.

04.02.2020 11:16
99
Loading...