First slide
Kəlbəcər BUNA görə atəşə tutuldu - Azərbaycan qərbin təklifini RƏDD EDİB?

“Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozdu. Bu, Paşinyanın seçkiöncəsi gözlənilən sərhəd təxribatlarının davamıdır. Amma bu məsələdə cavab gözləyən bir sual var. Niyə Kəlbəcər?. Niyə ABŞ dövlət katibinin köməkçisi Filip Rikerlə görüşdən sonra?”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı deyib. Laçın-Gorus sərhədində yaranan problemdən sonra Ermənistan təxribatları əsasən Kəlbəcər istiqamətində həyata keçirdiyi deyən Asif Nərimanlı hədəfin məlum olduğunu vurğuladı.

Bir 1 nəfər, standing və içəridə şəkili ola bilər

“Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçi”lərin Azərbaycan-Ermənistan dövlət sərhədinin bütün xətti üzrə yox, məhz Kəlbəcər istiqamətində yerləşdirilməsi nəzərdə tutulur: Bu yerləşdirilmə Sotkdan (Söyüdlüdən) Gorusun Xoznavar (Xəzinəvar) kəndinə qədər əraziləri əhatə edir.

Ümumiyyətlə Kəlbəcər istiqamətində intensiv təxribatların törədilməsi də böhranın dərinləşdirilməsi və “beynəlxalq müşahidəçi”lərin yerləşdirilməsinə şəraitin yaradılmasına hesablanıb”.

Siyasi şərhçi önəmli bir məqamı diqqətə çatdıraraq bildirdi ki, növbəti atəş təxribatının 10 iyun tarixində, ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin İrəvanda Paşinyanla görüşündən sonra açılması təsadüfi deyil.

“Rikerin kəşfiyyat xarakteri daşıyan Bakı və İrəvana səfərinin iki əsas məqsədi var idi.

Birinci məqsəd odur ki, müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını Rusiyanın təsirindən çıxarmaq və ikinci əsas səbəb sərhədlərin demarkasiyasında ABŞ-ın vasitəçilik etməsi barədə təklif irəli sürməkdir.

Vaşinqton Bayden-Putin görüşünə qədər tərəfləri, xüsusilə Bakını bu məsələdə razı salmağa, yaxud ən azından mövqeləri yerində öyrənməyə çalışır. Rikerin Bakıda “ABŞ sərhədin demarkasiyasına texniki kömək edə bilər” açıqlaması da “beynəlxalq müşahidəçi” məsələsinin müzakirə edildiyini təsdiqləyir”.

A.Nərimanlı qeyd etdi ki, Amerikalı diplomatın İrəvanda Paşinyanla “Qarabağı münaqişəsini” müzakirə etməsi, ardınca Ermənistanın Kəlbəcər istiqamətində atəş açması Bakının təkliflə razılaşmadığını, yaxud öz korrektlərini etdiyini deməyə əsas verir.

11.06.2021 11:14
5333
Loading...