First slide
Keçmiş polis rəisinin müavini vəfat etdi

Salyan rayonunda keçmiş polis rəisinin müavini dünyasını dəyişib.

Report xəbər verir ki, 1999-cu ildən təqaüddə olan Salyan Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini, polkovnik-leytenant İsmayıl Gözəlov 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1976-cı ildən polis şöbəsində çalışan İsmayıl Gözəlov 1984-1995-ci illərdə xidməti üzrə rəis müavini işləyib. Təqaüdə çıxdıqdan sonra ömrünün sonuna kimi Salyan Rayon Polis Veterenlar Şürasının sədri vəzifəsində çalışıb.


14.01.2020 21:15
2