First slide
Keçmiş arvadını qətlə yetirib evini yandırdı - Azərbaycanda

Salyanda yanğın hadisəsi törədilib.

Hadisə Əliağa Kürçaylı küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb. Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

(report)


27.02.2020 09:13
16
Loading...