First slide
İtkin düşən qız “Tik-Tok”da tapıldı

ABŞ polisi “Tik-Tok” şəbəkəsində yayılan videoda 2003-cü ildə itkin düşmüş qızı görüb.

Bu barədə “Daily Star” məlumat yayıb.

Məlumata əsasən, xanımın görünüşü 18 il öncə itkin düşmüş Sofiya Xuaresə çox bənzəyib.

Videodakı müsahibəsində xanım bildirib ki, ad günü barədə danışmağı xoşlamır.

“Ad günümlə bağlı bir çox suallarım var və bu barədə fikirlərim hər dəfə dalana dirənir. Məni oğurlayıblar. Bəlkə İtaliyadan, bəlkə də Yaponiyadan. Ümid edirəm ki, məni tanıyacaq və arxamca gələcəklər”, - deyə naməlum qız meksikalı jurnalist Oskar Zazuetaya bildirib.

Qeyd olunub ki, Sofiya Xuares 2003-cü ildə 5 yaşında olarkən Vaşinqton ştatında oğurlanıb. //Oxu.az

10.05.2021 10:45
4202
Loading...