First slide
İşdən çıxarılan məmur: “Azərbaycandan niyə qaçım ki, ölkədəyəm”

Xəbər verdiyimiz kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat” MMC-nin direktoru Xannı Rüstəmov tutduğu vəzifədən azad edilib.

X. Rüstəmovun fəaliyyət göstərdiyi dövrdə bir sıra qanun pozuntularına yol verdiyi və bu səbəbdən də dekabrın 24-də tutduğu vəzifədən azad edildiyi bildirilir. Hətta onun ölkəni tərk etdiyi də deyilir. 

Xeberle.com məsələ ilə bağlı Xannı Rüstəmovla əlaqə saxlayıb. X. Rüstəmov haqqında yayılan informasiyaları təkzib edib və tutduğu vəzifədən öz ərizəsiylə azad olunduğunu bildirib: "İşdən öz ərizəmlə azad olunmuşam. Səhhətimdə yaranan problemlər məni bu addımı atmağa vadar etdi. O, ki, qaldı mənim qanun pozuntularına yol verdiyimlə bağlı deyilənlərə bunlar hamısı həqiqətəuyğun olmayan fikirlərdir. Mən nə yeyintiyə yol verəcəm ki, hələ də şəhər üçün alınan avtobuslar üçün kredit ödənilir. Hazırda ölkədəyəm və heç bir yana da qaçmamışam”.

Xatırladaq ki, X. Rüstəmov 2016-cı ilin oktyabr ayından bu vəzifədə çalışırdı.

"Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsini isə hazırda qurumda müavin vəzifəsində çalışan Rauf Hüseynov əvəz edir.

04.01.2020 21:23
587

close
close