First slide
İraq ABŞ qoşunlarının ölkədən çıxarılmasına qərar verdi: Süleymaniyə görə

İraq Parlamenti İŞİD ilə mübarizə üçün koalisiya ilə müqavilənin pozulmasına və xarici qoşunların ölkədən çıxarılmasına səs verib.

“Al-Arabiya” telekanalı bu barədə məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl belə bir təkliflə respublikanın baş nazirinin səlahiyyətlərini icra edən Adil Abdul Mehdi çıxış etmişdi. Onun sözlərinə görə, bu, ABŞ və digər dövlətlərlə münasibətlərin yenidən qurulmasına kömək edəcək, həmçinin suverenliyə hörmət və daxili işlərə qarışmamaq əsasında dostluq münasibətlərini qorumağa kömək edəcək.

05.01.2020 21:12
285
Loading...