First slide
İranda şok hadisə - səfir saxlanıldı - VİDEO

İngiltərənin Tehrandakı səfiri Rob Makeyr İranda Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 176 nəfər üçün anma mərasimlərinə qatılıb. 

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, səfir Tehranda anma mərasimindən sonra baş tutan etiraz aksiyaları zamanı tutulub.

Rob Makeyr 1 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Səfir aksiyaları təşkil etməkdə ittiham edilib. Məhkəmə prosesindən sonra sərbəst buraxılan səfir bir neçə gün sonra polisə çağırılaraq ifadəsi alınacaq. 

12.01.2020 11:19
58
Loading...