First slide
İran öldürülmüş generala görə ABŞ-dan qisas alacağına söz verdi

Tehran İran İnqilabı Keşikçiləri Qvardiyasının (İİKQ) "Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin İraqda qətlə yetirilməsinə görə intiqam alacaq.

Bu barədə Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezaye özünün "Twitter” hesabında bildirib. 

"Şəhid kimi vəfat edən Qasım Süleymani qardaşlarına qoşulub, ABŞ-dan qisas alacağıq”, - deyə Rezaye yazıb.

Daha öncə bildirilmişdi ki, Süleymani Bağdad hava limanında  İraqın şiə qoşunlarının komandan müavini əbu Məhdi əl-Muhəndislə görüşü zamanı aviazərbə nəticəsində qətlə yetirilib. Zərbəyə görə məsuliyyəti ABŞ üzərinə götürüb, Tehran yüksək rütbəli hərbçinin həlak olduğunu təsdiqləyib.

Qeyd edək ki, ABŞ tərəfi əl-Muhəndisi Amerika səfirliyinə hücumda ittiham edir.


03.01.2020 11:03
345

Loading...