First slide
İran ilk hədəfini göstərdi

İranın dini lideri Əli Xamneyinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Ali Şurası general Qasım Süleymaninin öldürülməsindən sonra bir araya gəlib.

Toplantıdan sonra şura üzvləri yazılı bəyanatla çıxış ediblər. Bəyanatda Süleymaninin ölümündə günahı olanlardan “çox böyük intiqam alınacağı” bildirilib. İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) generalı Qulaməli Əbuhəmzə Süleymaninin öldürülməsinə qarşılıq olaraq İranın əli çatan hər yerdə amerikalıları cəzalandıracağını bildirib.

“Hörmüz boğazı Qərb üçün həyati əhəmiyyətli nöqtədir və Amerikanın çox sayda hərbi gəmisi oradan keçir. Bölgədəki ABŞ hədəfləri də uzun zamandır İran tərəfindən öyrənilib. 35 ABŞ hədəfi, o cümlədən Tel-Əviv əlimiz çatacaq məsafədədir”, - deyə Əbuhəmzə bildirib. (Qafqazinfo.az)


05.01.2020 14:46
537

Loading...