First slide
İran BMT-yə müraciət etdi

İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) "Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra İranın özünümüdafiə hüququ var.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə İran hakimiyyətinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilib. 

Məktubda bundan əlavə İranın beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək, xüsusən də özünümüdafiə hüququna malik olmasıda qeyd edilib.

Həmçinin bildirilib ki, ABŞ terrorizm əleyhinə mübarizə aparanlarla vuruşur.

Müraciət müəlliflərinin fikrincə, bu, bütövlükdə beynəlxalq terrorizmə qarşı mübarizəyə xələl gətirir, həmçinin münaqişə zonasında gərginliyi artırır.

Qeyd edək ki, general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb. Məlumata görə, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.


04.01.2020 11:04
388

Loading...