First slide
İntim videosu yayılan baş məşqçi qovuldu

İspaniyanın “Malaqa” klubunun baş məşqçisi Viktor Sançes postunu tərk etmək məcbvuriyytində qalıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sançesin vəzifəsindən göndərilməsinə səbəb onun sosial şəbəkələrdə seksual məzmunlu videosunun paylaşılması olub. 43 yaşlı mütəxəssis bməsələ ilə bağlı rəsmi “tvitter” hesabında açıqlama yayıb:

“Şəxsi həyatıma çox müdaxilə edirlər. Məni şantaj edib, pul istəyirlər. Videonu internetdə yayan hər kəsi qınayıram. Bunu edən hər kəs cinayət törətmiş hesab olunur. Daha deyəcək bir şeyim yoxdur. Çünki ciddi bir şey etməmişəm”.

Qeyd edək ki, Sançes 2019-cu ilin aprelindən “Malaqa”nı çalışdırırdı.


09.01.2020 09:19
731

Loading...
close
close