First slide
"İnter" iki futbolçusu ilə vidalaşdı

İtaliyanın "İnter" klubu iki futbolçusu ilə yollarını ayırıb.

İngiltərəli müdafiəçi Eşli Yanq və italiyalı qapıçı Daniele Padellinin başa çatan müqavilələri yenilənməyib.

Ölkə çempionu hər iki oyunçuya uğurlar arzulayıb.

Qeyd edək ki, 2017-ci ildən "İnter"in formasını geyinən Padelli "Udineze"də, 2020-ci ilin əvvəlindən Milan klubunda çıxış edən Yanq isə ölkəsinin "Aston Villa" komandasında oynayacaq.

01.07.2021 15:05
4923
Loading...