First slide
İlham Əliyevdən VACİB FƏRMAN - 2020-ci ildə...

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında fərman imzalayıb. 

Panoram.az xəbər verir ki, fərman Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə imzalanıb. 

Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manat, xərcləri isə 11 589 910,3 min manat məbləğində təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 formalaşır:

Sıra №-siGəlir mənbələriGəlirlərin məbləği(min manat)
2.1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)10 563 404,5
2.2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri4 692,0
2.3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər19 380,0
2.4.Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər1 031 271,7
2.5.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar765 340,0
Cəmi12 384 088,2

3. Müəyyən edilibn ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-siXərc istiqamətləriXərclərin məbləği(min manat)
3.1.Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi200 000,0
3.2.Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi11 350 000,0
3.3.“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi10 000,0
3.4.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər29 910,3
Cəmi11 589 910,3

“2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib.

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilib.

29.12.2019 18:15
0
Loading...