First slide
İlham Əliyev Paşinyanla görüşdə: “Bizim əsgərimizin öldürülməsini necə izah etmək olar?"

“Ermənistan sülhdən danışır, bəs bu gün bir Azərbaycan əsgərinin erməni snayperi tərəfindən öldürülməsini necə izah etmək olar?!".

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ münaqişəsində yeni inkişaf" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Bu barədə dövlət başçısının köməkçisi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

*   *   *20:57

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər.

Virtualaz.org bildirir ki, dövlət başçısının köməkçisi Hikmət Hacıyevin öz Twitter səhifəsində yazdığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev giriş nitqində bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Xatırladaq ki, dəyirmi masa “Dağlıq Qarabağ münaqişəsində yeni inkişaf” adlanır və Bakı vaxtı ilə saat 20: 10-da başlayıb. Müzakirə 45 dəqiqə davam edəcək.

Müzakirənin moderatoru Rusiya-Amerika Fondunun icraçı direktoru Seleste Uollanderdir. 

*   *   *20:29

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter səhifəsində məlumat paylaşıb.


15.02.2020 22:06
41
Loading...