First slide
“İlham Əliyev Paşinyanın dərsini verdi” – Mübariz Mənsimov

“Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər. Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım”.

Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

M.Mənsimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentlər, həm də beynəlxalq hüquq baxımından Paşinyanı diz çökdürüb: “Paşinyan məcbur edildi ki, o, bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin. Üçüncü məqamı xüsusilə vurğulamaq istərdim. Paşinyan, sadəcə, küçə gədası kimi ağzına gələni danışırdı. Azərbaycan və Ermənistan rəhbərlərinin 2007-ci ildə Soçi görüşü yadıma düşdü. Prezident Putin bağlı qapılar arxasında tərəflərə müraciət edəndə ki, savaşmayın, çəkişməyin, Prezident İlham Əliyev çox gözəl tərzdə təxminən belə cavab vermişdi: “Çəki dərəcələrimiz fərqlidir. Mən onu bir dəfə vursam, palçıq olub divara yapışar, başqa planetə uçar.” O vaxt İlham Əliyevdən bunu soruşanda, o təsdiqlədi ki, belə bir hadisə olub. Mən bundan qürur duydum, hətta buna görə cənab Əliyevə öz minnətdarlığımı da bildirdim. Və dünən Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. Azərbaycanın dövlət başçısı onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah, 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim zəfər ilimiz olacaq. Mən buna əminəm”.


 


       
16.02.2020 15:35
48
Loading...