First slide
İlham Əliyev Nüsrət Süleymanova yüksək vəzifə verdi - TƏYİNAT

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

Modern.az-ın məlumatına görə, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat alan Nüsrət Süleyman oğlu Süleymanov buna qədər diplomatik xidmət orqanının əməkdaşı olub. O, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır.


11.12.2019 18:56
1517

Loading...