First slide
İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.

BAKU.WS-in məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib. 

O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

O, 3:1 hesabı ilə qalib gəlib.

Süleymanov həlledici qarşılaşmayadək erməni əsilli Bolqarıstan təmsilçisi Aik Mnatsakanyandan, italiyalı Matteo Maffetsolidən, yunanıstanlı Georgios Prevolarakisdən və ermənistanlı Karapet Çalyandan üstün olub.

Qeyd edək ki, Sənan Süleymanovdan öncə Eldəniz Əzizli də fəxri kürsüyə yüksəlib. 55 kq çəkidə yarışan Avropa və dünya çempionumuz bürünc medala sahib olub. O, üçüncü yer uğurda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl məğlub edib.

22:23

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

BAKU.WS xəbər verir ki, ikinci yarış günündə - fevralın 11-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçimiz Rafiq Hüseynov əvvəlcə niderlandlı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. İdmançımız finalın bir addımlığında italiyalı rəqibinə çətinlik çəkmədən qalib gələrək doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.

Digər güləşçimiz Ülvi Qənizadə Avropa çempionatına bolqarıstanlı rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin dörddəbir finalda üçqat dünya çempionu, alman Frank Şteblerlə bacarmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən idmançımız üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.

Digər pəhləvanımız Murad Bazarov birinci görüşündə çətinliklə də olsa, İtaliya güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Ermənistan idmançısına məğlub olub. Həmin güləşçi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edəcək.

Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.


12.02.2020 09:05
82
Loading...