First slide
İki deputat namizədliyini irəli sürmədi

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı iştirak etməyəcək.

Həmin deputatlar Elxan Süleymanov və Valeh Ələsgərovdur.

Modern.az saytı hər iki şəxsin əvvəlki seçkilərdə iştirak etdiyi dairə seçki komissiyaları ilə əlaqə saxlayıb.

85 saylı Şamaxı Dairə Seçki Komissiyasından bildirilib ki, bu günə kimi 24 nəfər sənədlərini DSK-ya təqdim edib: "Yalnız 3 nəfərin namizədliyi qeydə alınıb”.

Həmçinin o da bildirilib ki, budəfəki seçkilərdə Elxan Süleymanov iştirak etmir: "Çünki Elxan Süleymanov sənədlərini DSK-ya təqdim etməyib”.

102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasından isə bildirildi ki, bu günə kimi komissiyaya 14 nəfər sənəd təqdim edib: "Onlardan 3 nəfərin namizədliyi qeydə alınıb”.

Komissiyadan o da bildirilib ki, növbədənkənar seçkilərdə iştirak etmək üçün Valeh Ələsgərov sənədlərini təqdim etməyib: "Valeh Ələsgərov seçkilərdə iştirak etmir”.

Qeyd edək ki, hər iki deputat bitərəfdir. 


06.01.2020 13:26
454

Loading...
close
close