First slide
İdmançımız Avropa çempionu oldu

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilib. 

Qol.az xəbər verir ki, qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. 

Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklər yarışında da hamıdan güclü olduğunu sübuta yetirib.

Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin  böyüklər arasında gümüş medal qazanıb.
 
Bu növ üzrə komanda yarışlarında isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib çıxıblar.

07.06.2022 12:11
3593
Loading...