First slide
İcra başçıları məntəqə sədrlərini topladılar - həbs ediləcəksiniz

Fevralın 9-u yaxınlaşdıqca Azərbaycanda növbədənkənar parlament seçkilərinin həyəcanı da artır.

Unikal.org xəbər verir ki, bu seçki yarışını digərlərindən fərqləndirən önəmli bir məqam var ki, şəhər və rayonların icra başçıları təşvişdədir.

Elə buna görə də  paytaxt və əyalət rayonlarının icra başçıları dairə və məntəqə sədrlərini toplayaraq  parlament seçkiləri ilə bağlı geniş iclas keçiriblər. İclasda DSK  və məntəqə sədrlərinə qeyri-qanuni hərəkətlərə, saxtakarlıq hallarına yol verməmək tapşırılıb. Bildirilib ki, qanunun tələblərinə riayət etməyən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər. İcra başçıları qeyd ediblər ki, bu əməllərə görə cavabdehlik daşımayacaqlar.

Xatırladaq ki,  Prezident İlham Əliyev ölkədə keçirilən seçkilərə məmurların və digər şəxslərin müdaxiləsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib və qanunsuz hərəkətlərə yol verənlərin ciddi şəkildə cəzalandırılacağını deyib.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


       
07.02.2020 09:12
16
Loading...