First slide
Hindistanda bina uçdu - ÖLƏNLƏR VAR

Hindistanın Maharaştra ştatının paytaxtı olan Mumbay şəhərində binanın uçması nəticəsində azı 7 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Daha əvvəl Hindistanın meteorologiya bürosu Mumbayda yağan güclü yağışlar səbəbindən qırmızı həyəcan səviyyəsi elan edib. Leysan səbəbindən şəhər əhalisinə elektrik enerjisi və su fasilələrlə verilir. Pis hava şəraiti həmçinin şəhərin Çembur rayonunda gecəqonduların divarlarını aşmasına səbəb olub. Nəticədə 17 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

23.07.2021 12:04
8776
Loading...