II Vətən Müharibəsi başlayandan bir müddət sonra haqqında məlumat olmayan hərbçimiz tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə onun döyüş yoldaşı məlumat yayıb. O qeyd edib ki, əsgər yoldaşları Tovuz rayon Aşağı Quşçu kəndində qeydiyyatda olan Tağıyev Eşqin İlqar oğlu onların sıralarına qoşulub.
E.Tağıyev özü də tapılması haqqında məlumat verib.